Azərbaycan parlamenti TÜRKPA çərçivəsində iş birliyinə böyük əhəmiyyət verir- ÖZƏL

"Azərbaycan parlamenti Türk Dövlətlərinin Parlament Assambleyası çərçivəsində iş birliyinə böyük əhəmiyyət verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib: "Həmişə olduğu kimi, Milli Məclisin nümayəndə heyəti TÜRKPA-nın komissiyalarının iclaslarında, müxtəlif mövzulara həsr edilən tədbirlərində, model qanunların hazırlanmasında, seçki müşahidə missiyalarının işində yaxından iştirak edib. Qeyd etməliyəm ki, TÜRKPA çərçivəsində fəaliyyət göstərən komissiyalarımızın mövcud potensialından daha geniş şəkildə istifadə etməyimiz, birgə tədbirlərimizin və müzakirələrimizin intensivliyini artırmağımız ümumi işimiz baxımından faydalı olacaqdır. Bu çərçivədə, milli qanunvericiliklərin yaxınlaşdırılması və model qanunların hazırlanması da xüsusi aktuallıq kəsb edir". 

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31