İlk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində seçki keçirilib- ÖZƏL

"Cari ilin fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Ölkəmiz üçün bu seçkilər böyük əhəmiyyət kəsb edirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib: "44 günlük Vətən Müharibəsində 30 illik işğal başa çatdı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ötən ilin sentyabrında isə Azərbaycan bütün ərazilərində öz suverenliyini bərpa etdi. Bu, böyük bir dövrün başa çatması və ölkəmiz, xalqımız üçün yeni bir dövrün başlanması idi.
İlk dəfə olaraq, hər hansı bir seçki Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirildi. Müstəqil Azərbaycanın tarixində bu ilk dəfə baş verdi. Bu seçkilərdə xalqımız  artıq öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycan dövlətinin gələcək inkişafı naminə səs verdi". 

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31