Ölkənin milli maraqlarının qlobal siyasətdə müdafiəsinə mühüm imkanlar yaranıb- ÖZƏL

"Ölkəmizdə "yaşıl enerji" ilə bağlı aparılan işlər gündən-günə daha da inkişaf edir. İşğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpaolunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının yaradılması əsas məqsəd kimi nəzərdə tutulub. Artıq bir sıra bölgələrdə bununla əlaqədar işlər yekunlaşmışdır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyevin sözlərinə görə, ölkəmizin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək dövrdə bərpaolunan enerji mənbələrindən istifadəyə, "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılması nəzərdə tutulur:
"Ümumiyyətlə, dünya maliyyə-iqtisadi böhranı Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir. Azərbaycanın neftlə yanaşı böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının daha böyük həcmdə dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi potensialını gücləndirməklə qarşıda yeni perspektivlərə yol açır. Bütün bunlar isə ilk növbədə Azərbaycan Respublikasının milli maraqlarının qlobal siyasətdə müdafiəsinə mühüm imkanlar yaradır".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31