Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi şöhrət tapıb- ÖZƏL
6 İyun 2024 10:19 Siyasət"Bakı Enerji Həftəsi üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumudur. "Caspian Oil&Gas" və "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, forum isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil edilib". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin sözlərinə görə, keçirilməsi ənənəyə çevrilmiş Bakı Enerji Həftəsi dünyanın enerji sənayesi sahəsinin liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir: "Prezident İlham Əliyevin hər il "həftə"nin açılış mərasimində iştirak etməsi bu tədbirin yüksək statusunu bir daha təsdiqləyir. Artıq Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi şöhrət tapıb və bu sahədə davamlı olaraq əlaqələrini genişləndirir, mötəbər tədbirlərə ev sahibliyi edir. Bunun bir təsdiqi Bakı Enerji Həftəsidir".
Alim Hüseynli
Olaylar.az