İlham Əliyevin nitqindən çıxarılası çoxlu dərslər var- ÖZƏL

"Bakı Enerji Həftəsində cənab Prezidentimiz İlham Əliyevin nitqindən çıxarılası çoxlu dərslər var". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib: "Müstəqillik tariximizdə millətimizin və dövlətimizin taleyini dəyişdirmiş bir-biri ilə sıx bağlı iki dönüş anı olub: Birincisi, 1993-cü ildə ölkə ümumi böhrana düşəndə və dövlət müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi qarşısında qalanda hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin təkcə dövləti xilas etmək deyil, əraziləri işğaldan azad etməkdən ötrü zəmin hazırlaması, təbii sərvət olan nefti milli sərvətə çevirməsidir. İkincisi, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan qələbə, 2023-cü il aprelin 23-də dövlət sərhədləri üzərində 1991-ci ildən sonra ilk dəfə nəzarətin qurulması, sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində separatizmin kökünün kəsilməsi, dövlət bayrağımızın Xankəndidə ucaldılması və dövlət suverenliyinin tam bərqərar edilməsidir. Bundan sonra millətin və dövlətin  həyatında tamamilə yeni mərhələ başlaylb. Tarixin təcrübəsi göstərir ki, millətlər və dövlətlər ənənələri, varisliyi şəraitə uyğun olaraq davam etdirəndə məqsədlərinə nail olurlar".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31