Azərbaycan yaxın perspektivdə Panavropa yaşıl enerji təhcizatçısına çevriləcək- ÖZƏL

"29-cu "Caspian Oil&Gas" və 12-ci "Caspian Power" sərgilərinin rəsmi açılışı zamanı qonaqlardan ikisinin çıxışı diqqətimi özəlliklə çəkdi. Onlardan biri Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru xanım Kristina Lobillo Borreronunku idi". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib: "Xanım Borreronun  yaşıl enerji dəhlizi yaratmaq üçün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında anlaşmadan söz salıb digər qonşu ölkələrin də bu təşəbbüsə qoşulmaq istədiklərini vurğulaması və  ardınca da Avropa Külək Energetika Kompleksləri Federasiyasının  Xəzər dənizi ilə bağlı planlarını bölüşməsi bir mətləbdən xəbər verir. O da budur ki, Azərbaycan elə də uzaq olmayan perspektivdə  həm də Panavropa yaşıl enerji təhcizatçısına çevriləcək. Və həmən yaşıl enerjinin mühüm bir hissəsini də "dənizdə külək energetika texnologiyaları sahəsində  qlobal lider" sayılan Avropa Birliyi şirkətləri Xəzərin böyük potensialından faydalanmqla istehsal etmək niyyətindədirlər.  Yəni tərəflər arasında qarşılıqlı asılılıq yaranır ki, bu da öz növbəsində yaşıl enerji sahəsində Azərbaycan-Avropa Birliyi əməkdaşlığının uzunmüddətliliyini şərtləndirir.
İkinci diqqətimi çəkən və məni qürurlandıran  Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysının dövlət başçımız haqda söylədiyi fikirlər idi ki, burada da artıq hər hansı şərhə ehtiyac görmürəm: "Faktiki olaraq, Zati-aliləri Prezident Əliyev deyərdim, azsaylı qlobal liderlərdən biridir ki, OPEC və qeyri-OPEC istehsalçılarını hələ 2016-cı ildə bir araya gətirmişdir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31