ABŞ əgər Ermənistan-Azərbaycan münasibətlərində neytral mövqeyini qoruyub saxlaya bilsə...- ÖZƏL

"ABŞ Prezidenti Cozef Baydenin bir həfrə ərzində iki dəfə Azərbaycan Prezidentinə müraciət etməsi, eyni zamanda Amerika-Azərbaycan münasibətlərini daim neqativ nə tənqidi mövqelərdən yozmağa çalışan qüvvələrin bütün məkrli niyyətlərinə rəğmən əsl reallığı özündə ehtiva edir". 

Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Müstəqillik günündə Baydenin cənab Prezidenti təbrik etməsi, həm də Bakı Enerji Həftəsi çərçivəsində 37 ölkədən 300-dən şirkətin iştirak etdiyi vacib bir toplantıya ABŞ Prezidentinin müraciət göndərməsi ABŞ-Azərbaycan münasibətlərindəki irəliləməni göstərir. Nəzərə almaq lazımdır ki, ABŞ-nin preezidentləri çox nadir hallarda və tendensiyalarda hansısa enerji tədbirlərinə müraciərlər göndərirlər. Azərbaycanda keçirilən enerji tədbirinə müraciətin göndərilməsi Amerikanın həm bu tədbirə verdiyi önəmi, həm də ABŞ-nin Azərbaycanla münasibətləri, Azərbaycanın Qərbin enerji təhlükəsizliyi sahəsindəki roluna verdiyi önəmi və qiyməti özündə əks etdirir.  Bu gün Azərbaycan ABŞ münasibətlərində kifayət qədər müsbət tendensiyalar müşahidə edilir. Bundan əvvəl də Vaşinqton formatları çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir həftə boyunca ABŞ-nin müxtəlif beyin mərkəzlərində Entoni Blinkenin moderatorluğu altında görüşlər keçirmişdir. Bundan sonrakı dövrdə də ABŞ əgər Ermənistan-Azərbaycan münasibətlərində neytral mövqeyini qoruyub saxlaya bilsə, Azərbaycan-ABŞ münasibətlərindəki müsbət tendensiya və dinamika daha da davamlı olacaq".

Zeynəb Rzayeva, Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31