Prezident İlham Əliyev Məhəmməd Moxberlə İrandan keçməklə Zəngilanla Naxçıvanı birləşdirəcək yolu müzakirə edib
5 İyun 2024 18:18 SiyasətXəbər verdiyimiz kimi, iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxber arasında telefon danışığı olub.
Olaylar.az xəbər verir ki, telefon danışığı əsnasında dövlətlərimiz arasında tarixi dostluq, qonşuluq və xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcud olduğu bir daha vurğulanıb.
Telefon danışığı zamanı İran ərazisindən keçməklə Azərbaycanın Zəngilan rayonunu Naxçıvan ilə birləşdirən yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işlər də müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31