Azərbaycan və Ermənistanın sülh üçün atdığı addımlara sevinirik - Macarıstanlı nazir
5 İyun 2024 13:59 SiyasətAzərbaycan və Ermənistanın sülh üçün atdığı addımlara sevinirik.
Olaylar xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu regionda sülh bərpa edilməlidir.
"Biz istəmirik ki, Avropa İttifaqı sönən oda yenidən yağ töksün. Onlar Ermənistana minatəmizləmə üçün məbləğ ayırırsa, eyni məbləği Azərbaycan üçün də ayırmalıdır", - nazir əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31