"Söyüş müxalifəti”...- ÖZƏL
5 İyun 2024 13:53 Siyasət"Söyüş söymək acizliyin və daxili boşluğun nişanəsi olmaqla yanaşı həm də qarşısındakının tərbiyəsinə tab gətirməməyin nəticəsidi. Bu gün dünyanın ayrı-ayrı yerlərində məskunlaşıb bloqqerlər adı altında gizlənən və "söyüş müxalifəti" adı almış zavallılar da əksər hallar dayazlıqlarını ört-basdır etmək üçün, eləcə də hədəfə aldıqları şəxsləri tənqid etmək üçün hər hansı bir arqument tapmadıqlarından çarəni söyüş söyməkdə tapırlar".
.jpg)
Politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bu fikirləri bildirib:
"Söyüş söyməklə internetdə "fəallıqları" ilə seçilən, siyasi bilikləri demək olar ki, yox səviyyəsində olanlar üçün söyüş o qədər adi hala çevrilib ki, söyüşün iki başı olduğunu, təhqir etdikləri şəxslərin və onların tərəfdarlarının da publik olmasa da o söyüşlərə min qat artıq cavab verdiklərini unudublar. Ya da unutmasalar belə dürüst kişiliklərinin olmaması səbəbilə söyüşü həzm edə bildiklərindən bu cür cılız "mübarizə" metodundan əl çəkmirlər.
"Söyüş müxalifəti" düşünürdü ki, milyonlarla insanın olduğu sosial şəbəkələrdə və ya digər vizual internet məkanlarda, söyüş söyməklə daha çox tərəfdar toplayacaq və nəticədə də istədiklərini həyata keçirə biləcəklər. Bu baş vermədikdə, məhz söyüş söydükləri üçün izləyicilərini itirəndə isə əsl isterika yaşamağa başladılar və geriyə yolları olmadıqları, eləcə də əllərindən başqa bir şey gəlmədikləri üçün təhqirlərin səviyyəsini də artırdılar. Amma hər şey göz qabağındadır. Cəmiyyətimizin küçə uşaqlarının təhqirinə dəstək vermədiyi ortadadır.
Ayrı-ayrı anti Azərbaycan mövqeli dövlətlərdə tülkü kimi gizlənməklə, ölkəmiz əleyhinə fəaliyyəti özlərinə peşə seçənlərin aqibətinin gec-tez dəmir barmaqlılar arasında olacağı heç kimdə şübhə doğurmur. Zaman-zaman saxlanılaraq ölkəmizə deport olunan "söyüş müxalifəti"nin bir qisim nümayəndələrinin aqibəti ortadadır və bu prossesin davam edəcəyi də gözləniləndir.
Çünki istənilən terrorçunun yeri məhz elə dəmir barmaqlıqlar arasıdır. Söyüş söyənlər də əslində bu cür davranışları ilə hədəfə qoyduqları insanlara qarşı mənəvi terror həyata keçirirlər. Onların xislətləri və mahiyyətləri terrorçuluqdur.
Bu cür fəaliyyət təbii olaraq heç bir halda siyasi mübarizə hesab oluna bilməz. Onların əsas davası siyasi mübarizə adı altında qeyri-sivil yollarla, yəni qisasçılıq siyasəti aparmaqla yanaşı, həm də bir-birləri ilə qrant davasına çıxmaqdan ibarətdir. Yeganə silahı söyüşdən ibarət olan bu dırnaqarası müxaliflərin ölkəmizə hər hansı bir şəkildə təhlükə yarada bilməyəcəyi də gün kimi aydındır. Onlar sadəcə ürək bulandırmaqla məşğuldurlar.
Söyüşün acizlərin və əxlaqsızların silahı olduğunu unudan bu zavallılar dinimizə görə də söyüş söyməyin günah hesab olunduğunu, dil günahının ən böyük günahlardan biri olduğunu unudurlar".
Zeynəb Rzayeva, Olaylar.az