Azərbaycanda qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir- ÖZƏL
5 İyun 2024 12:43 Siyasət"Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib: "Bu qanunvericilikdə də öz əksini tapıb. Baş verən məişət zorakılığı hadisələrinə diqqətin artırılması məqsədilə ölkəmizdə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin bariz nümunəsidir. Eyni zamanda, məişət zorakılığının qarşısının alınması haqqında qanunun icrasında müvafiq qurumlar qarşısında vəzifələr qoyulub".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31