30 il əvvəl Azərbaycanda keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi ölkənin potensialının beynəlxalq təqdimatı idi- ÖZƏL
5 İyun 2024 11:35 Siyasət"Düz 30 il bundan əvvəl Azərbaycanda keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Və orada Azərbaycanın karbohidrogen ehtiyatları sərgilənirdi ki, transmilli şirkətləri regiona cəlb edə bilək. Amma hansı Azərbaycanın?" "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz("Caspian Oil and Gas") və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji ("Caspian Power") Sərgisində dövlət başçısı o günləri, həmən vaxt necə bir vəziyyətdə olduğumuzu xatırlatı: "Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə biz bəlkə də dünyada birinci yerdə idik və ya birincilərdən biri idik. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma aparırdı.
Buraya iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə edə bilərik. Bizdə elektrik enerjisi və təbii qaz qıtlığı var idi - bir neçə onilliklər ərzində enerji resurslarına görə məşhur olan bir ölkədə. Çar Rusiyası və Sovetlər İttifaqı dönəmində Azərbaycan bu sahədə təkcə regional yox, qlobal miqyasda lider idi. Lakin müstəqillik böyük bir enerji böhranı ilə müşayiət olundu".
Bax belə yerdə deyirlər ki, "haradan haraya".
Alim Hüseynli