Cənubi Qafqazın bir lideri var, o da Azərbaycandır!- ÖZƏL
4 İyun 2024 21:07 Siyasət"Bu gün siyasi çalxalantılar içərisində olan Ermənistan və sabit inkişaf dövründə olan Azərbaycan bütün düşünən beyinlər üçün fərqi ortaya qoyan iki ölkədir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Kazım Kazımov bildirib:
"Bu gün erməni lobbisinin bütün qızışdırmalarına, bütün manipulyativ addımlarına baxmayaraq ABŞ çox yaxşı başa düşür ki, Cənubi Qafqazın bir lideri var. O da Azərbaycandır. Sadəcə Cənubi Qafqaz deyil, Şərq və Qərb arasında hər hansı bir siyasi-iqtisadi əlaqələr olacaqsa, burada Azərbaycanın olmaması qeyri-mümkündür. Ona görə də bu gün ABŞ Prezidentinin ikinci təbrik məktubunun Azərbaycana daxil olması Azərbaycanın qlobal güc meydanında necə mərkəzlərdən birinə çevrildiyinin bariz nümunəsidir".
Zeynəb Rzayeva, Olaylar.az