Münasibətlərə xələl gətirməyə çalışan erməni lobbisinin planları puç oldu- ÖZƏL

"ABŞ Prezidenti Cozef Bayden Beynəlxalq Xəzər Neft və Qaz sərgisi ilə bağlı həmkarı Prezident İlham Əliyevə təbrik məktubu göndərib". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Bəhs olunan sərginin əhəmiyyəti eyni zamanda, enerji əməkdaşlığı məsələləri və Azərbaycanın enerji təhlükəsizliyindəki rolu vurğulanır. Digər tərəfdən Cənubi Qafqaz regionunda sülh məsələləri məktubda öz əksini tapıb. Azərbaycan-Ermənistan arasında sülhün tezliklə əldə olunmasına ümidlər də qeyd olunmuşdur ki, bu da ABŞ-nin öz vasitəçiliyini irəli sürmədən də iki ölkə arasında sülhün əldə olunmasını dəstəklədiyinin göstəricisidir. Həftə ərzində ABŞ Prezidentinin Azərbaycan Prezidentinə ikinci məktubu göndərməsi onu deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə çalışan erməni lobbisinin planları puç oldu. ABŞ  Azərbaycanın regional əhəmiyyətini və qiymətini dərk edir və Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Sözsüz ki, ABŞ-nin   Azərbaycan-Ermənistan məsələsində bitərəf qalmağı vacib nüansdır. Əgər bu bitərəflik saxlanılarsa, Bakı-Vaşinqton münasibətləri daha da inkişaf edəcəkdir. Düşünürəm ki, iki ölkə arasındakı istər ticari, humanitar, siyasi, iqtisadi sahələrdə yeni səhifələr belə açıla bilər".

Zeynəb Rzayeva, Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31