Rusiyanın Xankəndində konsulluq açmasına ehtiyac var?- ÖZƏL
4 İyun 2024 18:53 Siyasət"Qeyd edim ki, Rusiyanın Xankəndi şəhərində konsulluq açmaq niyyətini, belə bir təkliflə çıxış etməsini müsbət qiymətləndirmirəm. Buna ehtiyac yoxdur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:
"Xankəndində çox az erməni qalıb, yox dərəcəsindədir. Varsa da, bunun Rusiyaya aidiyyatı yoxdur, ordakı erməni Azərbaycan vətəndaşıdır. Rus isə ümumiyyətlə yoxdur. Rusiyanın Xankəndində konsulluq açmaq istəyi ordakı Rusiya vətəndaşlarına xidmət etmək fikrinə xidmət etmir. Bu, siyasi mahiyyət daşıyır və görünür ki, Rusiya o ərazini Xankəndi olaraq görmür və ya görmək istəmir. Ora Xankəndidir, Azərbaycan ərazisidir. Orada rus yoxdur. Ona görə də buna ehtiyac yoxdur. Bu cür siyasi, qıcıqlandırıcı, təxribat mahiyyətli təkliflərə ehtiyac yoxdur. Azərbaycanla Rusiya arasında yaxşı qonşuluq, müttəfiqlik münasibəti var. Bu münasibətlərə xələl gətirəcək bu cür təkliflərə ehtiyac yoxdur. Bununla Rusiya Xankəndində yenə də hansısa təsirini saxlamaq, gələcəkdə separatizmə hansısa formada dəstək vermək istəyirsə, onlar yanılırlar. O dövrlər keçdi. Biz, 100 illik separatizmin kökünü qazımışıq. Ona görə də Rusiya bu cür fikirlərdən vazkeçməlidir".
Qiymət Mahir, Olaylar.az