Qazaxın azad edilmiş kəndləri belə mühafizə olunur - VİDEO
4 İyun 2024 16:20 Siyasətİşğaldan azad edilmiş kəndlərdə dövlət sərhədinin mühafizə və müdafiəsi yüksək səviyyədə təşkil olunur.
Olaylar xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diplomatik məharəti, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Qazax rayonunun işğaldan azad edilmiş və dövlət başçısının növbəti ali tapşırığına uyğun olaraq Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülmüş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin ərazilərində dövlət sərhədinin mühafizə və müdafiəsi yüksək səviyyədə aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31