COP29-a Azərbaycanın ev sahibliyi etməsi dünyanın güc mərkəzləri tərəfindən dəstəklənir- ŞƏRH
4 İyun 2024 15:25 SiyasətSon dövrlərdə Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Ölkə konqres və sərgi fəaliyyətlərində fəal iştirak edir, inkişaf etmiş infrastruktura malikdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha ortaya qoyacaq.
Təsadüfi deyil ki, paytaxt Bakıda reallaşan Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "CaspianOil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "CaspianPower" və 29-cu Bakı Enerji Forumu. Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir. Bakı Enerji Həftəsində 30-dan çox ölkədən 300-dək şirkətin təmsil olunması onun əhəmiyyətini daha da artırmış olur. Belə ki, bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirməsi və bununla da diqqətin Azərbaycanın üzərinə cəmləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
ABŞ Prezidenti Co Baydenin Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ("Caspian Oil&Gas") və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin "Caspian Power" açılış mərasimində oxunan məktubu tədbirin beynəlxalq əhəmiyətini bird aha təsdiq etmiş olur. ABŞ prezidenti bildirib ki, regionda sabitliyin olması ABŞ-nin marağındadır. İmzalanacaq sülh razılaşması uzun illərdir davam edən münaqişəyə tamamilə son qoyacaq, eyni zamanda Azərbaycanın və Cənubi Qafqazın dünya miqyasında oynadığı rolu dəyişəcək: "ABŞ bu istiqamətdəki səy və ambisiyaları dəstəkləyir, müxtəlif prinsiplər üzrə əldə olunan razılaşmalarla həmfikir olduğunu ifadə edir: "Mən növbəti aylarda da əlaqələrin daha da dərinləşməsi istiqamətində atılacaq bütün addımlara dəstəyimi ifadə etmək istəyirəm. Uğurla keçəcək Bakı Enerji Həftəsinin iştirakçılarına xoş arzularımı çatdırıram!".
Bayden Dünya ölkələrinin enerji təminatında Azərbaycanın rolunu yüksək qiymətləndirib: "Mən növbəti dəfə Bakı Enerji Həftəsinin iştirakçılarını salamlamaqdan məmnunam. Bu əsnada mən Azərbaycanın qlobal enerji landşaftındakı rolunu son dərəcə yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm".
ABŞ Prezidenti qeyd edib ki, bu tədbir bir daha Bakının noyabr ayında COP29-a ev sahibliyi etməsinin vacibliyini dərk etməyə imkan verir: "COP29 Azərbaycana həm qlobal enerji təhlükəsizliyi, həm də neft-qaz təchizatı kimi məsələlərdə, həm də bərpa olunan enerji ixracında mühüm rol oynamağa və bu rolu daha da artırmağa imkan verir. Azərbaycan xüsusilə də Avropa üçün qlobal enerji təhlükəsizliyinin vacib elementidir. Xəzər dənizindən hasil olunan qaz Avropanın bir sıra ölkələrinin inkişafında, habelə bu ölkələrdə enerji resurslarının diversifikasiyasında önəmli rola malikdir. Azərbaycan özünün enerji tarixində növbəti səhifə açır. Mən xüsusilə də ölkənizin yaşıl enerji sahəsinə keçid etmək niyyətini yüksək qiymətləndirirəm. Xəzər dənizinin malik olduğu önəmli yaşıl enerji potensialı neft və qaz ilə bərabər geniş ixrac potensialına malikdir". ABŞ prezidentinin fikirləri bird aha təsdiq edir ki, COP29-a ev sahibliyinin Azərbaycana həvalə edilməsi təsadüfi deyil. Bunun üçün Azərbaycanın kifayət qədər potensialı və təcrübəsi mövcuddur. Heç şübhəsiz ki, Azərbaycan bu mötəbər tədbiri də ən yüksək səviyyədə keçirəcək.
Alim
Olaylar.az