Musa Quliyev təltif edildi- ÖZƏL
4 İyun 2024 14:01 SiyasətMillət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Fəxri Fərmanla təltif olunub. "Olaylar"ın məlumatına görə, bu barədə millət vəkili özü məlumat verib: "Azərbaycan- Qırğızstan parlamentlərarası əlaqələr qrupunun rəhbəri olaraq dost və qardaş Qırğız Respublikasının Fəxri Fərmanı ilə təltif olunmaq həm şərəf, həm məsuliyyət həm də gələcək fəaliyyət üçün stimuldur".
Qeyd edək ki, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev iyunun 3-də ölkəmizə rəsmi səfərə gəlib. Səfər zamanı Qırğız Respublikası Joqorku Keneşinin sədri Füzuli və Şuşa şəhərlərində olacaq, TÜRKPA-nın Bakıda keçiriləcək 13-cü Plenar İclasının tədbirlərində iştirak edəcək və bir sıra görüşlər keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31