Azərbaycan enerji siyasətində yeni bir mərhələyə qədəm qoyub- ÖZƏL

"Bu gün dünya ictimaiyyətini narahat edən təkcə müharibə və münaqişələr deyil. İqlim dəyişikliyi və onun qarşısının alınması da dünyanın gündəmindədir və bu yöndə mühüm addımlar atılır". "Olaylar" xəbər verir ki, bunu YAP Yardımlı rayon təşkilatının sədr müavini Maqsud Şabiyev deyib: "Azərbaycan bu günə qədər Avropanı neft və qaz ilə təchiz edirdisə, artıq ölkəmiz enerji siyasətində yeni bir mərhələyə qədəm qoyub. Bu, bərpaolunan enerji resursları ilə bağlıdır. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır. Bu gün elektrik enerjisinin Avropaya nəql edilməsi üzərində işlər aparılır. Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Enerji keçidinə xidmət edən bütün istiqamətlərdə Azərbaycan sürətlə irəliləyır. Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı "Euronews" telekanalına verdiyi müsahibədə bildirib ki, COP üçün yenilik olan bir təşəbbüs Azərbaycan tərəfindən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31