Bakıda sərginin açılması Azərbaycanın rolunun artması baxımından vacibdir- ÖZƏL
4 İyun 2024 12:01 SiyasətBu gün Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. "Olaylar" xəbər verir ki, Bakı Enerji Həftəsi regionun ən böyük və vacib tədbirlərdəndir. Burada dünyanın aparıcı ölkələrinin şirkətləri təmsil olunur. Bütün bunlar isə onlardan xəbər verir ki, kifayət qədər böyük iştirakçılıq və coğrafi baxımdan geniş regionu əhatə edən bir tədbirdir. Həmçinin Azərbaycanın enerji imkanlarının yenidən təqdim olunması və xüsusən regionun eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasını şərtləndirən faktorlar baxımından da vacibdir:
"Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, enerji siyasətinin bütün seqmentlərini əhatə edir. Bu tədbir eyni zamanda yaşıl enerji sahəsində potensialın qiymətləndirilməsi və yeni əməkdaşlıq imkanlarının tapılmasına xidmət edəcək. Bakı Enerji Həftəsi fərqli dövlət və hökumət rəsmiləri, beyin mərkəzinin əməkdaşlarının bir araya gəlməsinə və qlobal enerji məsələlərinin müzakirəsinə imkan yaradır. Bu da nəticə etibarı ilə həm enerji sahəsində dövlət- özəl sektor əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirə olunması və bu sahədə real, perspektivə hesablanan addımların atılmasına gətirib çıxarır. Həm də innovasiya və texnologiyanın təqdimatı baxımından çox vacibdir. Enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir. Bakıda keçirilən bu forum həm də yeni texnoloji innovasiyaların şirkətlər tərəfindən təqdim edilməsinə, dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə imkan yaradır. Bu baxımdan regional və qlobal əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədəki potensialı ilə yanaşı, eyni zamanda gücünü göstərən əsas faktorlardan biridir".