Azərbaycan əsas enerji qaynaqlarından biri kimi özünü təsdiqləməyə nail olub- ÖZƏL

"Hazırda Azərbaycan dünya məkanında, dünya bazarlarında əsas enerji qaynaqlarından biri kimi özünü təsdiqləməyə nail olub. Bu da ilk növbədə ondan irəli gəlir ki, Azərbaycan enerji resurslarının xüsusilə də Avropa məkanına ixracında son illərdə kifayət qədər ciddi uğurlar əldə edib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Öz alıcılarının sayını artırmağa nail olub. Bu baxımdan Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə əsas tərəfdaşlarından olan Azərbaycan indi Qərbdə həddindən artıq önəmli strateji əhəmiyyətli ölkə kimi qəbul olunur. Son illərdə Azərbaycan və Avropa Birliyi arasında bir sıra enerji layihələri ilə bağlı müqavilələr də imzalanıb. Xüsusilə də Azərbaycanın Qərb ölkələri üçün Yaşıl enerji təchizatçısı rolunda çıxış etmək imkanları Qərbdə kifayət qədər cəlbedici görünür. Azərbaycanın bu sahə üzrə layihələrinin artıq işə salındığı da məlumdur. Azərbaycan dünyada enerji təhcizatı baxımından ən önəmli qaynaq kimi Qərb ölkərinin diqqəti mərkəzindədir. Bu sahədə beynalxalq səviyyəli tədbirlərin keçirilməsi qətiyyən təəccüblü deyil. Azərbaycanın dünyaya təklif edəcəyi məshullar kifayət qədər genişdir. Rəsmi Bakı bu önəmli faktordan Azərbaycanın maraqları çərçivəsində olduqca effektiv şəkildə istifadə etməyi bacarır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan həm də enerji tranziti üzrə də böyük əhəmiyyət daşıyan ölkədir. Azərbaycanın boru kəmərləri Orta Asiya enerji resurslarının Avropa məkanına çıxarılması baxımından yeganə infrastrukturdur. Ona görə də Azərbaycan həm özü dünyaya enerji resursları tətbiq etməklə yanaşı Orta Asiya enerji resurslarının Avropa məkanına çatdırılmasında da vazkeçilməz tərəfdaş rolunu oynayır. Bu da Azərbaycanın maliyyə iqtisadi inkişafı ilə bağlı geniş imkanlar açır. Bunları nəzərə alanda Azərbaycanda keçirilməsi nəzərdə tutulan və gələcəkdə keçiriləcək bu sahə üzrə bütün beynəlxalq tədbirlər Qərb ölkələri üçün olduqca maraqlı və əhəmiyyətli tədbirlər kateqoriyasına aiddir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31