Aparıcı dövlətlərin bu tədbirdə iştirakı Azərbaycanın nüfuzunun artdığını göstərir-Taleh Əliyev- ÖZƏL

"Bakıda növbəti dəfə keçəcək Bakı Enerji Həftəsində üç mötəbər tədbirin bir arada qeyd olunması Azərbaycanın istər Avropa Birliyinin enerji təhlükəsizliyində, istərsə də bütövlükdə beynəlxalq ekoloji təhlükəsizliyin təmin olunmasında və Azərbaycanın enerji resurslarının şaxələndirilməsi ilə bağlı mötəbər tədbirlərin bir arada keçirilməsi Azərbaycanın hazırkı mərhələdə artan nüfuzunun və iqtisadi, geosiyasi gücünün göstəricisidir desək, yanılmarıq". 

Bu fikirləri Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Keçirilən tədbirlərin iştirakçılarının siyahısına diqqət etsək,  istər "Böyük Yeddilik" olsun, istər "Böyük G20"lərin bu mötəbər tədbirdə iştirak etməsi, o cümlədən Yaxın Şərqin MDB -nin, Avropa Birliyinin və Azərbaycanın əməkdaşlıq etmiş olduğu bütün regionların aparıcı dövlətlərinin bu mötəbər tədbirdə iştirakı Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunun və əhəmiyyətinin artdığını göstərir. O cümlədən, yaşıl enerji siyasətinə keçiddə Azərbaycanın öncül bir dövlətə çevrilməsinin göstəricilərindən hesab edilə bilər. Baxmayaraq ki, Azərbaycan COP29-a bu ilin payızında ev sahibliyi edəcəkdir. Amma belə bir mötəbər tədbirin Azərbaycanda öncəki illərdə də müxtəlif beynəlxalq tədbirlər adı altında keçirilməsi onu göstərir ki, Azərbaycanın istiqamətdə ardıcıl və sistemli dövlət siyasəti mövcuddur və Azərbaycanın bu siyasətinin məntiqi nəticəsi olaraq biz COP29-un Azərbaycanda keçirilməsinə baxa bilərik"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31