Azərbaycan təmiz və ətraf mühit üçün az zərəri olan enerji istehsal edir- ÖZƏL
3 İyun 2024 16:22 Siyasət"Əlbəttə ki, Bakı Enerji Həftəsinin və onun tərkibində olan 3 mötəbər tədbirin-29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumunun COP29 öncəsi keçirilməsi ölkəmiz üçün çox önəmlidir və Azərbaycanın enerji ölkəsi kimi dünyada rolunu daha da artırır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edir:
"Ənənəvi enerji ilə yanaşı, yeni və alternativ enerji mənbələri üzərində ciddi iş gedir və bu sahədə yeni texnologiyalar kəşf olunur. Azərbaycan bu texnologiyalardan fəal şəkildə faydalanan, yaşıl enerjini və təmiz ətraf mühiti təbliğ edən ölkələrdən biridir. Dünyanın bir sıra qitələrində ciddi enerji böhranı yaşandığı bir zamanda Azərbaycan təmiz və ətraf mühit üçün az zərəri olan enerji istehsal edir, bu sahədə yeni texnologiyalara söykənən infrastruktur formalaşdırır, COP29 qabağı ölkəyə gələn əcnəbilər bu texnologiyalarla əyani tanış olmaq şansı qazanaraq bu sahədə daha çox təsəvvür yaranacaq. Yəni COP29 qabağı, Enerji Forumlarının keçirilməsi hazırlıq baxımından lazımı tədbirlər hesab oluna bilər".