Azərbaycan dünyada əsas enerji təchizatçılarından biridir- ÖZƏL
3 İyun 2024 16:20 Siyasət"Bütün bu hadisələr bir daha Azərbaycanın nə qədər uğurlu enerji siyasəti yürütdüyünü göstərir. Azərbaycan dünyada əsas enerji təchizatçılarından biridir. Demək olar ki, Şərqi Avropanın enerji təchizatında Azərbaycan önəmli rol oynayır. Azərbaycan regionun ən böyük enerji ixracatçılarından biridir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Enerji ixracatı ilə bərabər Azərbaycan Yaşıl dünya naminə ekoloji problemlərin həlli istiqamətində də mühim səylər göstərir. Dövlətimiz maksimum çalışır ki, enerji siyasət təmiz olsun. Ekoloji çirklənməyə səbəb olmasın. Buna görə də fərqli enerji layihələrindən istifadə olunur. Məsələn bərpaolunam enerji layihələri. Həmçinin Xəzər dənizindən neft-qazın çıxarılması zamanı maksimum dərəcədə dənizin çirklənməsinin qarşısını almaq üçün səylər göstərilir. Məlum olduğu kimi bu ilin noyabr ayında COP29-la bağlı tədbir keçiriləcək. Bu, dünya səviyyəli mühim tədbirdir. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə qeyd etdiyimiz bu məsələlərin həllində nə qədər həssas olduğunu göstərir. Həmçinin işğaldan azad olunan rayonlarda salınan kəndlər, onların ekoloji vəziyyətə uyğun salınması Azərbaycanın dünyanın siyasətinə mühin təsir etdiyinin göstəricisidir. Enerji siyasətində əsas amil dünyada enerji çirklənməsinin qarşısını almaqdır. Bu gün istər Avropada, istər Asiyada enerji təshilatı zamanı çirkənmə qeydə alınır. Azərbaycanın da bununla bağlı çox gözəl təşəbbüsləri var və digər dövlətlərlə bunları bölüşmək niyyətindədir. Keçiriləcək Bakı Enerji Həftəsində əsas prioritet istiqamətlərdən biri məhz budur. Həmçinin neft və qazdan düzgün istifadə də əhəmiyyətli məsələdir".