Əli Əsədov Minskə getdi
3 İyun 2024 15:43 Siyasətİyunun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun dəvəti ilə Minsk şəhərinə işgüzar səfərə gəlib.
Olaylar xəbər verir ki, "Minsk" milli aeroportunda Əli Əsədovu Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan Respublikasının Baş naziri səfər zamanı qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında və "Avrasiya İqtisadi İttifaqının ərzaq təhlükəsizliyi" plenar sessiyasında iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31