Ermənistanın KTMT üzvlüyünü dondurması Ermənistan-Rusiya münasibətləri baxımından ziyanlıdır-Tural İsmayılov- ÖZƏL
3 İyun 2024 15:44 Siyasət"Ermənistanın KTMT üzvlüyünü dondurmaq qərarı bütövlükdə Ermənistan- Rusiya münasibətlərinin pozulma kontekstində dəyərləndirilməlidir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov bildirib:
"Ümumiyyətlə, Ermənistanın anti-KTMT ritorikasında olmağı, əlbəttə ki, bütövlükdə Rusiya ilə Ermənistan arasındakı iqtisadi, siyasi və bir çox sahələrdəki xaotik durumu daha da dərinləşdirir. Bütün bunlar əlbəttə ki, Cənubi Qafqazda Ermənistanın mövqelərinə hansısa bir formada təsir edə bilməz. Çünki nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda geopolitik situasiyanı nəzarətdə saxlayan Azərbaycandır və Azərbaycanın güc faktoru kimi irəlidə olmağı, qalib tərəf kimi regionda şərtləri diktə etməsi Ermənistanın da Azərbaycanın reallıqlarla barışması deməkdir. O baxımdan hesab edirəm ki, bugünkü gün Ermənistanın KTMT üzvlüyünü dondurmağa Ermənistan-Rusiya münasibətləri baxımından ziyanlıdır. Amma bu, Ermənistanın Cənubi Qafqazdakı siyasətinə ciddi təsir göstərə bilməz".