Ermənistanın fəaliyyəti bu blokda donmuş vəziyyətdədir-Oqtay Qasımov- ÖZƏL

"Rusiyanın Belarusdakı səfirinin açıqlaması əslində, müəyyən həqiqətə uyğundur. Belə ki, Ermənistan KTMT-nin üzvü olduğu dövrlərdə Rusiya bölgədə daha çox təsir imkanlarına malik idi. Son zamanlar Rusiyanın mövqelərinin Güney Qafqazda zəifləməsinin əsas səbəbi təbii ki, Ukrayna savaşıdır". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Amma bununla bərabər, həm də Ermənistan hakimiyyətinin həyata keçirdiyi qərbyönümlü siyasətdir və məhz bu siyasətin nəticəsində Ermənistan faktiki olaraq il yarımdan artıq KTMT-nin işlərində iştirak etmir, təlimlərə qatılmır. Sadəcə olaraq, orada iştirakını hüquqi cəhətdən saxlayıb, maliyyələşdirməkdən imtina edib. Amma faktiki olaraq Ermənistanın fəaliyyəti bu blokda donmuş vəziyyətdədir və Ermənistanın blokda iştirakı olmadığı halda, təbii ki, KTMT- nin, o cümlədən, Rusiyanın Güney Qafqazdakı əsas müttəfiqinin itirilməsi demək olacaq ki, bu da Rusiyanın mövqelərinə və onun mövqelərinin zəifləməsinə gətirib çıxaracaq ki, bu, doğru bir təsbitdir. Məhz buna görə də Rusiya müxtəlif variantlarının Ermənistanı təşviq etməyə çalışır ki, Ermənistan qurumda qalsın və əlaqələri davam etsin, Rusiyada bölgədə mövqeyini qoruyub saxlaya bilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31