İlham Əliyevə təbriklər gəlməkdə davam edir
3 İyun 2024 14:55 SiyasətRusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının komissiya sədri, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Viktor Pinski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
Xahiş edirəm, Müstəqillik Günü münasibətilə təbriklərimi qəbul edin.
Ümumhəmkarlar İttifaqları Konfederasiyası Azərbaycanın həmkarlar ittifaqları ilə dostluq və tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir.
Sizə ali dövləti fəaliyyətinizdə səmimi-qəlbdən uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə rifah və əmin-amanlıq arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31