MM-in növbədənkənar sessiyasının ilk iclası bu tarixdə baş tutacaq

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının vaxtı açıqlanıb. "Olaylar" xəbər verir ki, bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Məlumata görə, ilk iclas iyunun 7-də keçiriləcək.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb.Parlamentin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31