Azərbaycan donor dövlət kimi 80-dən artıq ölkəyə yardım edib- ÖZƏL

"Azərbaycan donor dövlət kimi ötən il haradasa 80-dən artıq  ölkəyə yardım edib". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Sahib Alıyevin sözlərinə görə,  bu, Fransasayağı özündənrazı güclərin bizə qarşı beynəlxalq müstəvidəki fəaliyyətinin qarşısının alınmasında az rol oynamayıb: "Xarici yardımların sırasında Rohinca müsəlmanlarına qarşı ədalətsizliklə bağlı məhkəmə prosesinin davam etdirilməsi xərclərinin ödənilməsi də var ki, onu dövlətimizin islamafobiyaya qarşı mübarizənin ön cərgəsində olduğunun daha bir göstəricisi saymaq olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31