İşğaldan qurtarılan ərazilər üçün ayrılan vəsait tam icra edilib- ÖZƏL
3 İyun 2024 10:58 Siyasət"2023-cü ilin dövlət büdcəsinin bütövlükdə uğurla icra edildiyini görməmək mümkün deyil. Ancaq bütün bunlarla birgə bizim üçün son dərəcə mühüm vəzifə ikinci Qarabağ savaşında əldə edilən zəfərin möhkəmləndirilməsi, revanşizmə can atanların qarşılarının qətiyyətlə kəsilməsi və işğaldan azad olunan torpaqlarımızda quruculuq prosesinin sürətli davamı, soydaşlarımzın yurd yerlərinə qaytarılmalarının nə qədər mümkündür bir o qədər tez baş tutmasıdır ki, buna ötən il üst-üstə 12 milyard manatdan çox vəsait ayrılmışdı". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahıb Alıyev deyib:
"Böyük məmnuniyytələ deyə bilərəm ki, 2023-cü il büdcəsinin haradasa üçdən birinin bu sahəyə yönəldilməsi özünü tam doğrultdu. Və bu, təkcə Laçına, Füzuliyə, işğaldan azad edilən digər yaşayış məskənlərimizə yurd həsrətlilərimizin dönüşündə özünü göstərmədi. Baxın, son 30 ildə dünyada ötən ildəki qədər çox regional qarşıdurma qeydə alınmayıb. Dəhşətdir, 183 qanlı toqquşmadan söhbət gedir. Və bu toqquşmaların içərisində mülki şəxslərə mümkün qədər az zərər yetirmək, peşəkarlıq və gələcəkdə regionda sülhün təmininə xidmət baxımından örnək sayılan, unikal təsir bağışlayan məhz ötən il sentyabrın 19-20-də Azərbaycanın keçirdiyi lokal antiterror tədbiridir ki, burada da yeridilən büdcə siyasətinin rolu heç də az deyil. Yəni biz görürük ki, ordu quruculuğu və təhlükəsilzik sahəsinə təqribən 7,3 milyard manat elə-belə sərf edilməyib. Mən əminəm ki, əgər ordu quruculuğuna və təhlükəszilik məsələlərinə bu qədər diqqət yetirilməsə, işğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərinə 4.8 milyard manat ayırmaqla soydaşlarımızın ora köçlərini belə uğurla reallaşdırmasaydıq, nə "miatsum"çular ötən ilki addımı atacaq, nə də Rusiya hərbi kontingenti Qarabağı tərk edəcəkdi.Yeri gəlmişkən, işğaldan qurtarılan ərazilər üçün ayrılan 4.8 milyard manat vəsait tam icra edilib ki, cənab Prezidentin təbirincə desək, hazırda bizim əsas rəqibimiz olan zamana uduzmamaq baxımından bu, çox önəmlidir".