Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq- ÖZƏL

"Artıq Xocalı həsrətimiz də arxada qaldı və xocalılar öz doğma yurdlarına, dədə- baba torpaqlarına geri qayıtmaqdadır. Xocalıya qayıdışımız əlamətdar tarixdə - 28 May Müstəqillik Günündə baş tutdu. Otuz iki il əvvəl soyuq qış günündə ayaqyalın, min bir zülm və əziyyətlə məcburi şəkildə öz doğma yurdlarını tərk edən Xocalılar həmin gün Dəmir Yumruqlu, Ali Baş Komandanımız, cənab İlham Əliyevin ətrafında deyə-deyə, gülə-gülə Xocalıya qayıtdılar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Sədaqət Vəliyeva deyib: 
"O gün Şəhidlərimizlə yanaşı Xocalıda erməni vəhşiliyi nəticəsində həlak olmuş vətəndaşlarımızın da ruhu şad idi. Çünki Şanlı Azərbaycan Ordusu İkinci Qarabağ Müharibəsində Ermənistanı ağır məğlubiyyətə uğradaraq Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı və bu gün biz Xocalıdayıq! Möhtərəm prezidentimiz cənab İlham Əliyev bizi Qarabağımıza elə apardı ki, sanki hər şey bir göz qırpımında baş verdi. Vaxtı ilə təxribatlara əl atan qüvvələrin bundan nəinki xəbəri, heç ruhu belə incimədi: Biz gözümüzü açdıq ki Qarabağımızdayıq, revanşistlər isə gözünü Bakıda, həbsxanada açdı.
Bu gün işğaldan azad olunmuş ərazilərimiz qurulmaqda, cənnətə çevrilməkdədir. Eyni zamanda Böyük Qayıdış proqramı da uğurla icra olunmaqda və soydaşlarımız öz dədə baba torpaqlarına qayıtmaqdadır. Var olsun dövlətimiz, var olsun bizlərə bu xoşbəxtliyi bəxş edən möhtərəm Prezidentimiz cənab İlham Əliyev!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31