İrlandiyada Azərbaycan Bayrağı qaldırıldı
31 May 2024 18:13 Siyasətİrlandiyada Azərbaycan Bayrağı ucaldılıb.
Olaylar.az Azərbaycanın Britaniyadakı səfirliyinə istinadən xəbər verir ki, İrlandiya vətəndaşı Maykl Kortni mayın 28-də ölkəmizin Müstəqillik Günü ilə əlaqədar Azərbaycan Bayrağını dalğalandırıb.
Səfirlik İrlandiya vətəndaşına göstərdiyi təşəbbüsə görə təşəkkür edib, gələcəkdə də bu istiqamətdə onu dəstəkləyəcəklərini bildirib.
Qeyd edək ki, Maykl Kortni dünyanın müxtəlif ölkələrinin müstəqillik günlərində onların dövlət bayraqlarını dalğalandırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31