Avropa Parlamenti lobbi parlamentdir- ÖZƏL
1 İyun 2024 10:52 Siyasət"Avropa Parlamenti lobbi parlamentdir, orada hansı ölkə digər ölkələrə qarşı diplomatik və hüquqi savaş açmaq istəyirsə, buradan riçaqlardan istifadə edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edir:
"İndi təkcə Rusiya ilə bağlı məsələ deyil, İtaliyanın adını çəkmək kifayətdir. Onlara qarşı yönəldici, İspaniyaya qarşı yönəlmiş mövqelər var. Vaxtilə biz bunu Yunanıstan işində də müşahidə eləmişik. Yəni ümumi götürdükdə bütün ciddi nöqtələrdə, Avropa Parlamentinə seçilən deputatların, milli parlamentlərdən Avropa Parlamentinə gəlib çıxan yolları bu rüşvət üzərində qurulur. Bu da onunla əlaqədar. Xüsusilə də anarxistlərin və solçuların təmsil olunduğu siyasi düşərgənin, yəni Avropa İttifaqı ölkələrinin siyasi düşərgələrində həqiqətən də korrupsiya halları daha geniş yayılıb. Azərbaycana qarşı ikili standartlı yanaşmaları da çox görmüşük.