Bütün dünyaya demokratiyadan, insan haqlarından, şəffaflıqdan dəm vururlar, amma...- ÖZƏL

"Burada təəccüblü bir məqam yoxdur. Son bir neçə ildir Avropa Birliyi Parlamentində rüşvət qalmaqalı xeyli böyüməkdədir. Bununla əlaqədar ötən il də bir neçə parlament nümayəndəsi həbs olundu".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib:

"İndi də Belçika polisi Avropa Parlamentinin Brüssel və Strasburqdakı ofislərində araşdırma aparır. Çox güman ki, bu araşdırmalar nəticəsində də həbslər olacaqdır. "Russiagate" işi daha böyük bir qalmaqala çevriləcəkdir. Çünki aydın oldu ki, Avropa Parlamentində müəyyən deputatlar var ki, onlar Avropanın yox, müəyyən pul müqabilində məhz Rusiyanın maraqlarına xidmət edir, Rusiya kəşfiyyatından gizli şəkildə maddi vəsaitlər alaraq Qərbdə Rusiyanın təbliğatını aparırlar. "Avropanın səsi" saytı vasitəsilə Rusiya təbliğatını həyata keçirirlər. Bu da Avropa Birliyi daxilində ciddi bir böhranın olmasının göstəricisidir. Baxmayaraq ki, bu qurum bütün dünyaya demokratiyadan, insan haqlarından, şəffaflıqdan dəm vurur, amma öz daxilində böyük korrupsiya qalmaqalı yaşanmaqdadır. Bu da Avropa Parlamentinin və Avropa Birliyinin statusunu ciddi şəkildə zədələyəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31