Belə hallar Avropa Parlamentində ilk deyil- ÖZƏL

"Avropa Parlamenti, ümumiyyətlə, Avropada olan bir sıra təsisatlar, hətta dövlətlər belə özlərinin gözlərində tiri görməyib Azərbaycan kimi dövlətlərin gözündə çöp axtarmağa cəhd göstərirlər. Yəni bu, bir ilk deyil".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov qeyd edib:

"Elə Fransa dövlətinin atdığı addımları, beynəlxalq hüquqa, qanuna və ümumiyyətlə, insani dəyərlərə zidd addımları müşahidə edirik. Sonra da Fransanın Azərbaycana demokratiyadan, insan hüquq və azadlıqlarından və digər bu kimi dəyərlərdən dərs keçməyə cəhd göstərməsi əslində elə həmin o təsisatları təşkil edən dövlətlərin yürütdüyü ziddiyətli siyasətin bariz nümunəsidir. Avropa Parlamenti də belə dövlətlərdən təşkil olunduğuna görə, hesab edirəm ki, Avropa Parlamentində söz sahibi, Fransa kimi dövlətlər isə eyni siyasəti, həmin təşkilatların daxilində də həyata keçirirlər. Avropa Parlamentində bu bir ilk deyil. Avropa Parlamentində bundan öncə səhv etmirəmsə, bir il, yoxsa iki il bundan öncə Avropa Parlamentinin vitse-spikeri Eva Kali və bir neçə deputatı rüşvət qalmaqalında iştirak etdiklərinə görə onlar barəsində cinayət məsuliyyəti yaranmışdı. Onlar ayrı-ayrı dövlətlərə münasibətdə hansısa üstünlüklər verən addımların atılması və yaxud bu və ya digər formada ayrı-ayrı dövlətlərin, ayrı tərəflərin maraqlarına xidmət etmək üçün külli miqdarda rüşvət almışlar. Eva Kali və bir sıra digər deputatlar həbs edilmişdi. Onlarla bağlı araşdırma və yaxud ibtidai istintaqın nəticələri barədə məlumatım yoxdu. Olan məlumatlara görə, həmin proses bu gün də davam edir. Eyni zamanda Belçika polisinin Avropa Parlamentinin ofisində apardığı araşdırma bağlı da fikirlər səsləndirilir və mən düşünürəm ki, Avropada belə hallar çoxdur və sadəcə onlar kiçik məbləğli rüşvətləri deyil, böyük məbləğli rüşvətlərin alınması ilə bağlı addımlar atırlar. Mən düşünürəm ki, hazırkı mərhələdə bir sıra dövlətlərə qarşı əsassız ittihamlar səsləndirən, bir sıra dövlətlərin daxili işlərinə qarışmağa cəhd göstərən və eyni zamanda, ayrı ayrı dövlətlərdə korrupsiyanın, qanuna və hüquqa zidd addımların olduğunu dilə gətirən Avropa Parlamenti kimi dövlətlər ilk öncə özlərinin atdığı addımlara özlərinin yürütdükləri, siyasətə, özlərinin tarixçələrinə nəzər yetirsələr, daha yaxşı olar. Nə üçün? Çünki günümüzdə bu hadisələr baş verirsə, elə günümüzdə onlarla bağlı korrupsiya qalmaqallarının şahidi oluruqsa, Avropa Parlamenti kimi insani dəyərlərə, bəşəri dəyərlərə xidmət etməli olan və eyni zamanda Avropa ailəsində qanunvericilik hakimiyyəti missiyasını öz üzərinə götürən belə bir təsisatın nəinki başqa dövlətlərə qarşı ittihamlar səsləndirmək, əksinə, mövcud olmaq və yaxud fəaliyyət göstərmək haqqını sual altına alır və bu halda elə Avropa Parlamentinin özünə, Avropa İttifaqının özünə, ümumiyyətlə Avropa regionuna qarşı dünyada belə inamsızlığın etibarsızlığın və etimadsızlığın gətirib çıxardığını düşünürəm. Düşünürəm ki, bu məsələ əslində həm Avropa Parlamentinə, həm Avropa İttifaqına, Avropada, Avropa Şurası Parlament Assambleyasına və digər təsisatlar üzərinə öhdəlik qoyur ki, onlar yenidən öz fəaliyyətlərinə diqqət yetirsinlər. Onlar yenidən fəaliyyətləri ilə bağlı qanun pozuntularının aradan qaldırılması ilə bağlı səfərbər olmalıdır və eyni zamanda ilk öncə özlərinin fəaliyyətlərindəki yanlışlara, qanuna və hüquqazidd addımlara nəzər yetirib, onları aradan qaldırdıqdan sonra digər dövlətlərə və yaxud digər tərəflərə hansısa bu kimi məsələlərdə dəyər xarakterli məqamlarla bağlı tövsiyələr etsinlər və yaxud onların qarşısında tələblər qoysunlar. Düşünürəm ki, bu proseslər əslində bugünkü məqamda diqqətlərin yayındırılması məqsədilə edilən addımları göz önünə gətirir. Yəni Avropa Parlamenti və digər bu kimi təsisatlar özlərinin daxilində olan qanun və hüquqazidd addımlardan diqqətləri yayındırmaq üçün ayrı-ayrı dövlətlərə qarşı əsassız ittihamlar səsləndirirlər. Həmin dövlətlərin daxili işlərinə qarışmaq bahasına olsa belə, insan hüquq və azadlıqları, demokratiya ilə bağlı və yaxud digər populist ifadələrdən istifadə edərək dövlətlərə qarşı ittihamlar səsləndirirlər. O, ittihamların təməlində əsasında heç bir arqumentin, heç bir əsaslı faktın mötəbər dəlilin və sübutun olmamasına rəğmən, bu fikri səsləndirib. diqqətləri. Bu istiqamətə yönəltməklə əslində özləri üçün vaxt qazanmaq və yaxud özlərinə qarşı yönəlməli olan diqqətləri əks istiqamətlərdə və müxtəlif digər ünvanlara yönəltməklə məşğuldurlar. Təbii ki, bu, ondan xəbər verir ki, bu təşkilatlar heç də öz addımlarından ciddi nəticə çıxarmırlar. Əksinə, onlar bu fəaliyyəti davam etdirmək niyyətindədirlər ki, belə diqqətdən yayındırıcı addımlara yol verirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31