Minatəmizləməyə beynəlxalq dəstək ümumi prosesin 4,4 faizini təşkil edir - ANAMA sədri

Minatəmizləmə texnikaları ilə bağlı onu deyə bilərəm ki, 2021-ci ildən proses başladı, istehsaldan sonra biz minatəmizləmə maşınını 4 ay sınaqdan keçirdik.

Olaylar xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

"Bugünkü Revival-T və Revival P maşınları tank və piyada əleyhinə minatəmizləmədə istifadə olunur və digər texnikalardan heç də geri qalmır.

Texnikalarla yanaşı, minatəmizləmədə heyvanlardan da istifadə olunur, onlar bizim işimizin sürətlənməsinə kömək edirlər. Bu gün 8 ölkə və 8 beynəlxalq təşkilat ANAMA-ya minatəmizləmədə dəstək göstərir. Ancaq bu dəstək minatəmizləmə prosesinin cəmi 4,4 faizini təşkil edir",- deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31