Zəngilanda başlayan konfrans Bakıda davam etdirilir
31 May 2024 10:27 Siyasət"Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü başlayıb.
Olaylar xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə keçirilir.
Konfansın ikinci günü Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun çıxışı ilə başlayıb.
Qeyd edək ki, konfransın birinci günü Zəngilanda baş tutmuşdu. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31