Filippinin dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib
30 May 2024 19:42 SiyasətFilippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycanın Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Siz sülh, tərəqqi və xalqın firavanlığı üçün yorulmadan çalışdığınız bir vaxtda biz bu əlamətdar hadisəni və ölkənizin nailiyyətlərini qeyd etməkdə Azərbaycan xalqına qoşuluruq.
Qoy, Filippin və Azərbaycan arasında tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın qarşılıqlı rifahı naminə inkişaf etməkdə davam etsin!
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31