Qətər Dövlətinin Əmiri İlham Əliyevə təbrik məktubu ünvanlayıb
30 May 2024 19:16 SiyasətQətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Zati-aliləri.
Ölkənizin Müstəqillik Gününün ildönümü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına daha çox rifah və tərəqqi, ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31