Rüşvət və korrupsiya Avropa Parlamentində qeyri-adi məsələ deyil-Elşad Həsənov- ÖZƏL
30 May 2024 18:47 Siyasət"Avropa Parlamentində baş verən utanc işlər, qanunsuzluqlar, korrupsiya halları yeni deyil. Avropanın parlamentariləri həmişə korrupsiyaya bulaşıblar. Həmişə rüşvətlə ifşa olunublar və uzun zamandır ki, onların bu məsələləri qurtarmır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib:
"Bir zamanlar Azərbaycana qara yaxmağa çalışdılar. Azərbaycanı "kürü diplomatiyası"adı ilə tənqid etməyə çalışdılar. Artıq üç ildir Rusiya-Ukrayna və Avropanın Rusiyaya qarşı müharibəsi gedir. Buna baxmayaraq, bu gün də onlar Rusiyanın pulunu alıb, Rusiyanı təbliğ edirlər və belə deputatlardan indi ifşa olunanlar var. Amma ifşa olunmayanlardan da hələ çoxları var. Nəinki parlamentarilər, hətta dövlət rəhbərləri, dövlətlər var. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı Rusiyaya sanksiyalar qəbul ediblər, minlərlə sanksiya tətbiq ediblər. Ancaq gizlində həmin Avropa ölkələri Rusiya ilə ticarət edirlər, onlara vacib mallar göndərir, Rusiyada xammal alırlar. Baxmayaraq ki, Rusiyanın qazına, neftinə, benzin yanacağına qadağa, sanksiya qoyurlar, ancaq bu gün də onlar Rusiyadan həmin məhsulları alırlar. Avropa ölkələrinin hamısı yox, bəziləri. Bu da bütünlükdə hamıya-Avropaya da, Amerikaya da məlumdur. İndi onlar bunları ciddiləşdirmək istəyirlər. Rusiya-Ukrayna müharibəsini başladan, onu qızışdıran Amerika oldu və bu gün də bütövlükdə Ukraynanı dəstəkləyir. Ancaq buna baxmayaraq, bu gün də onlar gizlincə Rusiya ilə danışıqlar aparır, Rusiya ilə ticarət əlaqələri qururlar, Türk qardaşlarımız demişkən, Rusiyadan uran alırlar. Yəni onların belə gizlində apardığı əməliyyatlar az deyil. Bu rüşvət və korrupsiya Avropa Parlamentində qeyri-adi məsələ deyil. Avropanın iç üzü getdikcə açılır. Onlar bu gün bir məsələni qaldırırlar, bu cür deyirlər. Əslində isə altdan başqa cür işlər görürlər. Bu da Avropanın satqın sifətini göstərir. Xüsusilə bu işdə Fransa daha qabaqdadır. Fransanın, elə bu gün müxalifətdən olan Marin Le Penin aparıcılıq etdiyi partiya tam Rusiyaya meyllidir. Rusiyanın siyasətini yürüdür. Bu gün Makronu tənqid edir və Rusiyanın belə siyasət aparmasınl orda təbliğ edir. Belə məsələlər diqqətdən kənarda qalmalı deyil. Oxucularımız dəqiq bilməlidirlər ki, Rusiyanın səsləndirdiyi demokratiya, insan hüquqları hamısı dövlət marağındadır. Cənubi Qafqazda, Gürcüstanda mitinqlər gedir. İkisində də zorakılıq aktları göz qabağındadır. Bu gün Avropa Parlamenti, Amerika Gürcüstanı tənqid edir, onu sanksiyalarla hədələyirlər. Ancaq Ermənistandakı mitinqlərə, Paşinyana bəraət verirlər. Baxmayaraq ki, daha ciddi zorakılıqlar var, yəni ikili standartlarla yanaşırlar. Özlərinin dövlət maraqlarını güdməyə çalışırlar. Bu, satqın Avropanın iç üzüdür, onların irəli sürdüyü siyasətləridir, ona görə də bizim oxucular, vətəndaşlarımız həmişə ayıq-sayıq olmalıdır. Onların bizə ixrac etmək istədikləri demokratiya nə demokratiyasıdır, hansı demokratiyadır və o demokratiya bizə lazımdırmı? Kişinin kişi ilə evlənməsi nümunəsini də Fransa da görmək olur. Baş nazir və xarici işlər nazirlərinin rəsmi olaraq ikisi də kişidir, evləniblər və bu da onlar üçün qəbul olunandır. Bizə belə bir şey, belə demokratiya, belə insan azadlığı lazımdır? Mən şəxsən deyirəm ki, mən və məni tanıyan adamlar bilir ki, belə şey bizim mentalitetimizə uyğun deyil. Qəbul etmirik. Elə həmin rüşvət, korrupsiya məsələləri də Avropadan yayılıb. Ona görə onların belə skandalları daha çox olacaq. Onların ifşası bundan sonra da lazımdır. Yəqin ki, olacaqdır və bu, daim belə davam edəcək. Ona görə biz möhkəm olmalıyıq. Dövlətimizi, dövlətçiliyimizi qorumalıyıq. Azərbaycan xalqının mentalitetini qorumalıyıq. Bizə yad ünsürlər, fikirlər bizim üçün əsas deyil. Bizim dədə-babalarımızın bizə qoyduğu miras, milli mənəvi dəyərləri qorumalıyıq".