Finlandiyanın dövlət başçısı İlham Əliyevə zəng edib

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı COP29-da Azərbaycanın sədrliyi və regiondakı siyasi məsələlər barədə fikir mübadiləsi aparılıb.

Finlandiya Prezidenti dövlətimizin başçısının dəvətinə əsasən COP29-da iştirakını təsdiq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31