Azərbaycan əleyhinə qəbul olunan sənədlərdə fəallıq etmələri də xüsusi ikrah doğurur-Oqtay Qasımov- ÖZƏL
30 May 2024 17:18 Siyasət"Avropa Parlamentində bu cür qalmaqallı hadisələr artıq müntəzəm xarakter almağa başlayıb və hələ bir neçə il əvvəldən Avropa Parlamentinin müxtəlif təmsilçiləri, o cümlədən rəhbərlikdə təmsil olunan bir çox şəxslərin, müxtəlif ölkələrdə lobbiçilik adına aldığı rüşvətlər məsələsi gündəmə gəlmişdi. Məhz Qatar və Misirə lobbiçiliklə bağlı hansı deputatların cəza aldığını biz gördük".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Hal hazırda Rusiyanın da Avropada son illər kifayət qədər casus şəbəkəsi yaradılıb deyə bilərik və lobbiçi qrupları fəaliyyət göstərməkdədir. Məhz Rusiya enerji daşıyıcılarından gələn vəsaitlərin bir hissəsi Avropada, Qərbdə müxtəlif ictimai, siyasi xadimlərin media quruluşlarının ələ alınmasına yönəldilib. Rusiya bu faktordan kifayət qədər uğurlu şəkildə istifadə edə bilib və özünün Qərbdə müəyyən lobbi qrupunu və dəstəkçi qruplarını təşkil edə bilib. Hal-hazırda baş verən bu hadisə də məhz həmin proseslərdən biridir. Yəni bütün bunlar onu göstərir ki, Avropa Parlamentində rüşvət və korrupsiya ilə məşğul olan artıq çoxsaylı deputatlar və onların təşkil etdiyi qruplar var ki, bunlar məhz pul və rüşvət qarşılığında öz prinsiplərindən vaz keçərək, istənilən qüvvənin və dövlətin maraqlarını təmin etməyə hazırdırlar. Məhz bu cür deputatların başını çəkdiyi qrupların Azərbaycana qarşı aktiv mövqe sərgiləməsi və Azərbaycan əleyhinə qəbul olunan sənədlərdə fəallıq eləmələri də ayrıca bir mövzudur və xüsusi ikrah doğurur".