Bütün bu işlərin başında pul, rüşvət və digər maddi maraqlar dayanır - ÖZƏL

"Avropa Birliyinin müxtəlif strukturlarının, Avropa Parlamentinin müxtəlif millət vəkillərinin, o cümlədən Amerika Konqresinin nümayəndələrinin, senatorlarının zaman-zaman rüşvət qalmaqallarının ortaya çıxması, bu ölkələrin bizlərə və yaxud başqa ölkələrə iddia etdikləri, hansısa belə tələblərlə çıxış etdikləri kimi vəziyyət burada heç də ürəkaçan deyil".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Mübariz Göyüşlü deyib.
"Özlərinin təqdim etdiyi kimi, orada qanunlar, qanunçuluq, qanunların müdafiəsi istiqamətində çalışmalar yetərli səviyyədə deyil və nəticədə ortaya belə rüşvət qalmaqalları çıxır. Təbii ki, bu prosesdə erməni diasporunun, lobbi təşkilatlarının, erməni millətin nümayəndələrinin fəal iştirakını bu və ya digər formada biz müşahidə edirik.
Bu yaxınlarda bir konqresmenin ermənipərəst nümayəndəsinin rüşvət qalmaqalları ilə bağlı məsələləri ortaya çıxmışdı. Bu istiqamətdə geniş araşdırmalar başladı, ona qarşı etiraz səsləri ucalırdı və bu şəxsə qarşı tədbirlərin görülməsinə çağırışlar edilirdi. Yəni, ermənipərəst addımlarla çıxış edən Ermənistanın addımbaşı məsələlərini müdafiə çıxışları eləyən və erməni lobbisindən pul alan bu təşkilatlar özləri çirkin əməllərlə məşğuldurlar, rüşvət bataqlığındadır, qalmaqallar burada səngimək bilmir və bütün bunlar hər şeyi deyir. Bütün bunlar göstərir ki, nəyə görə onlar birmənalı şəkildə Ermənistanı dəstəkləyirlər, onların erməni sevgisi, ermənilərə olan bu münasibəti və s. haradan yaranır? Bütün bu işlərin başında pul, rüşvət və digər maddi maraqlar dayanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31