Avropa siyasi rüşvət alan millət vəkillərinin qazanc mənbəyinə çevrilibdir-Kazım Kazımov- ÖZƏL

"Avropa Parlamentində belə hadisələr artıq demək olar ki, adi hal alıbdır. Biz çox yaxşı bilirik ki, bu gün Avropa siyasi dəyərləri tez-tez gündəmə gətirir, ancaq siyasi dəyərlərdən bir alver predmeti kimi istifadə edir". 

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Bunu daha açıq və rüsvayçı şəkildə rüşvət predmetinə çevirənlər də var. Ancaq mən hesab edirəm ki, siyasi alver də rüşvətdən heç də az utanılacaq bir şey deyildir. Bu gün Avropa Parlamentində hansı ölkələr, hansı hökumətlər ki, Avropa nə deyirsə, onunla oturub durursa, Avropanın siyasi maraqlarına xidmət edirsə, öz bölgə reallıqlarından çıxıb Avropanın siyasi maraqları uğrunda siyasət aparırsa, onda Avropa üçün məqbul ölkəyə çevrilir. Bir də ki, ölkələrin daxilindəki intriqalardan Avropa istifadə edir və Avropa ona görə siyasi rüşvət alan millət vəkillərinin, siyasi fraksiyanın təmsilçiləri, lobbi şirkətlərinin artıq qazanc mənbəyinə çevrilibdir. Avropa əgər ki, həqiqətən özündə bu antikorrupsiya islahatlarını genişləndirməsə, artıq bir dəllala çevriləcək Avropa Parlamenti, yəni kimin daha çox pulu varsa, kimin Avropa Parlamentində daha yaxşı tanışı varsa, o özünə uyğun siyasi konyektura inşa edə biləcəkdir. Əks təqdirdə öz maraqlarına uyğunlaşa bilməyəcəkdir. Yəni Avropa bunu görməlidir və ilk növbədə Avropa bunu təmizləmək üçün siyasi dəyərləri, tarixi, hüquqi faktları, siyasi alver predmeti olmaqdan çıxarmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31