Azərbaycan Prezidenti minasız, təhlükəsiz dünyanın quruculuğuna töhfə verir - ÖZƏL
30 May 2024 14:13 Siyasət"Azərbaycanın mina probleminə dünyanın diqqətini cəlb etməsi təsadüfi deyil". Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.
"Bunu artıq bütün dünyada bu işlərlə məşğul olan hər kəs bilir. Azərbaycan torpaqları Ermənistanın işğalı altında olduğu dövrdə minalarla çirkləndirilib və bu çirklənmə sadəcə olaraq torpağın çirklənməsi deyil. Hər keçən həftə, hər keçən gün, ay, il minalar can almağa davam edir və təəssüflər olsun ki, insan itkilərimizin sayı getdikcə artır. Əlbəttə ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi, ümumiyyətlə, keçirilməsi və əlavə olaraq Prezident İlham Əliyevin də bu məsələyə diqqət çəkməsi təsadüfi deyil. Yəni biz istəyirik ki, dünya minalardan təmizlənsin. Sadəcə Azərbaycan Respublikasının ərazisi deyil, bütünlüklə dünyanın hər tərəfində minalar olmasın. Çünki qeyd etdiyim kimi, minalar gözlənilməz, marağa yatmış hiyləgər tələlərdir. Yəni hər kəs günahı - olan da, olmayan da, dəxli olan da, olmayan da mina tələsinə düşə bilir. Əlbəttə ki, bu məsələyə diqqətin çəkilməsi, özəlliklə də, Prezident İlham Əliyev səviyyəsində, ayrı bir məna kəsb edir. Yəni Azərbaycan Prezidenti baxmayaraq ki, ermənilər bu qədər bizə qarşı amansızlıqlar ediblər, yenə də sülh mesajları verir, yenə də minasız, təhlükəsiz dünyanın quruculuğuna töhfə verir".