Biz, bizim olanı mütləq geri alacağıq və alırıq - ÖZƏL

"Məhz mayın 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gün və Müstəqillik günündə Prezident İlham Əliyevin Xocalıya səfər etməsi, orada sakinlərlə görüşüb, onlara mənzillərinin açarlarını təqdim etməsi, eyni zamanda, sakinlərlə Xocalı ilə bağlı fikirlərini bölüşməsi təqdirəlayiqdir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.  
"Cənab Prezidentin özünün də dediyi kimi, bu günün seçilməsi təsadüfi deyil. Məhz həmin gündə, Azərbaycanın müstəqilliyinin təsdiqləndiyi bir gündə, həm də 32 ildir öz sakinlərinin üzünə həsrət qalan Xocalının yenidən dirçəldilməsi tarixə keçdi. Yəni bu baxımdan, cənab Prezidentin o günü  seçməsi və öz söhbətlərində, çıxışlarında verdiyi mesajlar anlamlıdır. Yəni Azərbaycan bir dövlət olaraq, dövlət başçısı İlham Əliyev şəxsən özü də bütün dünyaya bir daha mesaj vermiş oldu ki, biz, bizim olanı mütləq geri alacağıq və alırıq. Başqa kimlərdəsə bizə aid olan nə varsa, onu da mütləq geri alacağıq. Yəni bundan mənə elə gəlir ki, bizim bədxahlarımız dərs çıxarmalıdırlar. Azərbaycanın üstünə gəlməməli, əksinə, Azərbaycanla anlaşmalı, dil tapmalıdırlar. Çünki biz tarixi yaddaşımızdan qopa bilmərik, bizə aid olanları başqalarının əlində buraxa bilmərik. Hər halda, ağlı başında olan bədxahlarımız bunun nə demək olduğunu anlayacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31