İlham Əliyevin xarici siyasət strategiyası model kimi səciyyələndirilir- ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət strategiyası dünya ictimaiyyəti tərəfindən təqdir olunan model kimi səciyyələndirilir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir". "Olaylar"xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Mərkəzi Asiya ölkələri ilə qurulan əlaqələrin getdikcə inkişaf etməsi çox mühüm strateji əhəmiyyətə malik siyasətin tərkib hissəsidir. Xüsusən bu regionun açar ölkəsi olan Tacikistanla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi cənab İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biridir.
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra hər iki Prezident mətbuata Bəyanatla çıxış ediblər.  Qeyd edilib ki, bir sıra sahələr üzrə imzalanan müqavilə və sənədlər hər iki ölkə arasında yaxşı iqtisadi əlaqələrin, siyasi münasibətlərin göstəricisi hesab edilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31