Forpostluğa üstünlük verən Ermənistan qeyri-müstəqil dövlətdir- ÖZƏL

"Ötən əsrin 90-cı illərində SSRİ-nin dağılmasına Azərbaycan müstəqillik əldə etmək, Ermənistan isə başqasının  torpağını ələ keçirmək fürsəti kimi yanaşdı. Ermənistan müstəqilliyindən vaz keçməklə, yəni forposta çevrilməklə Azərbaycanın işğal altındakı torpaqlarını özününküləşdirəcəyini düşünürdü. Azərbaycan isə müstəqilliyini qoruyub saxlamaq və onu daha da möhkəmləndirməklə itirdiklərini geri almağı planlaşdırırdı". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib: "Nəticə göz qabağındadır. Ona görə də işğaldan qurtarılaraq üzərində suverenliyimiz təmin edilən torpaqlarımızda yenidən salınan və sovet dönəmindəkindən qat-qat gözəl, eyni zamanda da funksional olan şəhərlərlə qəsəbələrə soydaşlarımızın Müstəqillik Günündə köçürülmələrində, yaxud da həmən gün yeni yaşayış məskənlərinin təməlinin qoyulmasında həm də bir rəmzilik var. Üç ildir ki, biz bunu görür və qürurlanırıq. Müstəqilliyimizi möhkəmlətməsə və güclü ordu qurmasa idik, bu mümkün olardımı? Əlbəttə yox.
Forpostluğa üstünlük verən Ermənistan isə nə  işğal etdiyi torpaqları əlində saxlaya bildi, nə də ki, müstəqildir. Və yəqin indi haylar da dərk edirlər ki, Ulu Öndər Heydər Əliyev nədən "Müstəqillik ən böyük nemətdir",- deyirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31