Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqladı - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqlayıb.

Olaylar.az xəbər verir ki, Prezidentin köməkçisi "X" sosial şəbəkəsindəki hesabında zərərçəkmişlərin sayını özündə əks etdirən şəkil yayımlayıb:

"Azərbaycanda mina qurbanları artmaqda davam edir. Əsas qurbanlar günahsız mülki şəxslər və istehkamçılardır. Ermənistan əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarına milyonlarla mina yerləşdirib".

Qeyd edək ki, bu gün Zəngilanda minalarla mübarizə üzrə beynəlxalq konfrans keçiriləcək.

Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqladı (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31